Bazar , 15 Noyabr 2026
Drone Cameras

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə sosial şəbəkədə G.Hacıbəyli məlumat yayıb.

O bildirib ki, martın 11-də Bakı Apellyasiya Məhkəməsində oğlunun ölkədən çıxışına icazə verilməsi ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edib.

Qeyd edək ki, G.Hacıbəylinin oğlu T.Mehdi Almaniyada universitetə daxil olub.

Check Also

Səfir: Britaniya şirkəti Naxçıvan şəhərinin baş planını hazırlayır.

Böyük Britaniya Naxçıvanla dörd sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə Naxçıvanda səfərdə olan Britaniyanın Azərbaycandakı …