Milli Məclis yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 2 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.
2. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.