Şənbə , 7 Mart 2026
Drone Cameras

Malidə hücum zamanı 33 hərbçi öldürülüb, 14 nəfər yaralanıb

Malinin şimalında hərbi hissələrdən birinə silahlı hücum nəticəsində onlarla hərbi qulluqçu həlak olub, daha bir neçə nəfər yaralanıb.

Bu barədə Boyukmillet.com  “Anadolu” agentliyinə istinadən xəbər verir.

Afrika ölkəsinin Müdafiə Nazirliyi bildirib ki, Ansanqo rayonundan 60 kilometr məsafədəki Tessit yaşayış məntəqəsində hərbi hissə silahlı terrorçuların hücumuna məruz qalıb.

Hücum nəticəsində 33 hərbi qulluqçu öldürülüb, daha 14 nəfər xəsarət alıb. Yaralılardan 8-nin vəziyyəti ağırdır.

Hücumun hansı qruplaşma tərəfindən təşkil olunduğu açıqlanmır.

Check Also

İsrail ordusu 80-dən çox qırıcı ilə Tehrandakı hərbi infrastruktura növbəti zərbə endirib

İsrail Müdafiə Ordusu İranın mərkəzi hissəsində, Tehranda İranın hərbi infrastrukturuna növbəti zərbə endirib. Boyukmillet.com xəbər …