Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Türkiyənin Artvin vilayətində 50 ev yanıb

Türkiyənin Artvin vilayətində güclü yanğın olub.

Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Yusufeli rayonunun Dereiçi kəndində qeydə alınıb. Kənddəki evlərdən birində baş verən yanğın sonradan digər evlərə də yayılıb.

Qeyd edilir ki, hadisə zamanı 50 ev yanıb. Yanğın daha 10 evə ziyan vurub. Məlumata görə, alovun digər evlərə yayılmasına güclü külək səbəb olub.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşını cəlb edilib və yanğın lokallaşdırılıb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan yoxdur.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …