Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıb-Yenilənib

Azərbaycanda 40 yaş yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb.

Boyukmillet.com xəbər verir ki, artıq vətəndaşlar peyvənd olunmaq üçün xəstəxanlara müraciət edib.

Qeyd edək ki, vaskinasiya prosesi könüllülük prinsipi ilə aparılır.

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.

Boyukmillet.com-un məlumatına görə, bu yaş kateqoriyası üzrə vətəndaşların peyvənd olunmasına start veriləcək.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib.

Check Also

Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı

Gənc istedadlara xüsusi təqaüdlər verilib.  Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam …