Bazar , 28 Aprel 2024
Drone Cameras

DİQQƏT! Britaniya ştammına yoluxmuş şəxslərdə bu hallar olur VİDEO

Britaniya ştammı ildırımvari sürətlə özünü göstərə bilər.

Boyukmillet.com xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Fərəh Vahabova deyib. O bildirib ki, bu ştamm virusun bədəndə olan təsirlərini gücləndirib:

“Bu ştamm virusun yoluxuculuq məsafəsini də qısaldıb. Britaniya ştammına yoluxan şəxslərin daha az müddətdə qızdırması qalxa və öskürməyə başlaya bilər. Bundan başqa onun əlavə təsirləri də var.

Məsələn, bədəndə səpkilər, selikli qişalarda, ümumi bədəndə daha qabarıq olan dəyişikliklər baş verə bilər. Lakin bu, o demək deyil ki, koronavirus mutasiyaya uğrayaraq daha güclənir.

Bir çox hallarda mutasiyadan sonra o, güclü olsa da, bəzi vaxtlarda daha yumşaq olur. İllər keçdikcə bu virus bizə adi qrip kimi gələcək”.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …