Rusiya cari ilin aprel ayının 1-dən etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə yaradılan Operativ Qərargahda jurnalistlərə bildirilib.
Məlumata görə, Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Operativ Qərargahın iclasını keçirib.
İclasda həmçinin, Rusiyanın Almaniya, Venesuela, Suriya, Tacikistan, Özbəkistan və Şri-Lanka arasında aviareyslərin 1 aprel tarixindən etibarən bərpa edilməsinə dair qərar verilib.