Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Azərbaycanda mədəniyyət evinin müdiri əxlaqsızlığa görə həbs edilib

Ucarda mədəniyyət evinin müdiri həbs edilib.

Boyukmillet.com xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri – 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Check Also

Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 21 kq narkotik …