Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Norveç gələn aydan giriş qaydalarını sərtləşdirir

1 aprel tarixindən Norveç hökuməti pandemiya ilə əlaqədar olaraq ölkəyə giriş tələblərini daha da sərtləşdirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

“1 apreldən ölkəyə girişdə verilən testin nəticələrini gözləyənlərdən sərhəddəki test stansiyasında cavab gözləmələri tələb olunacaq. İmtina edənlər cərimə ilə üzləşəcəklər”, – məlumatda deyilir.

Norveçdə koronavirusa yoluxanların sayı son sutkada 462 artaraq 92 469-a, virusun törətdiyi nəticələrdən ölənlərin sayı isə 656 nəfərə çatıb.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …