Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Cəbrayılda işğaldan azad edilən əraziyə keçmək istəyən şəxslər saxlanıldı

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …