Cümə , 22 Noyabr 2024
Drone Cameras

“ABŞ kibritlə təhlükəli oyun oynayır” – Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı sanksiyaları və NATO-nun infrastrukturunu şərqə irəlilətməsi planları barədə danışarkən bildirib ki, Vaşinqton “mənasızlıqla məşq edir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Lavrov ORT-də “Böyük Oyun” proqramının efirində bildirib.

“Mənim qiymətləndirməmin diapazonu “mənasızlıqla məşq”dən kibritlə təhlükəli oyuna qədər dəyişir”, – deyə Lavrov vurğulayıb.

O, eyni zamanda bildirib ki, Birləşmiş Ştatlar özünü küçə “xuliqanı” kimi aparır. Lavrov qeyd edib ki, Rusiya konfrontasiya axtarmır, lakin özünü də qoruya bilər.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …