Cümə , 22 Noyabr 2024
Drone Cameras

İSBAM qardaş ölkədə görüşlərini davam etdirir

Boyukmillet.com xəbər verir ki, Samir Adıgözəllinin rəhbərlik etdiyi İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyyəti qardaş ölkənin Kocaeli şəhərində bir sıra silsilə tədbirlər keçirib. Belə ki, mərkəzin rəhbəri Samir Adıgözəllinin bildirdiyinə görə, yüksək səviyyədə keçən İstanbul səfərindən sonra bu dəfə Kocelinə etdikləri səfər bir sıra mühüm məqamları ilə yadda qalıb. S.Adıgözəlli qeyd edib ki, Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Doç. Dr. Tahir Büyükakını, Gebze Bələdiyyəsinin sədri Zinnur Büyükgözü , Körfəz Bələdiyyəsinin sədri Şener Söyüdü və İzmit bələdiyyə sədri Fatma Kaplanı ziyarət edən nümayəndə heyyəti bələdiyyə sədrləri ilə iki ölkənin münasibətlərinin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar: “Ziyarət etdiyimiz hər dörd bələdiyyə sədri də Türkiyə Azərbaycanın Ulu öndər Heydər Əliyevin dediyi kimi iki dövlət bir millət olduğunu, bundan sonra münasibətlərimizin daha yüksək səviyyədə inkişaf edəcəyindən əmin olduqlarını dilə gətirdilər. Bu görüşlərdə və daha sonra keçirdiyimiz tədbirlərdə gördüyümüz isti münasibətlər bizi bir daha əmin etdi ki, Türkiyə Azərbaycan münasibətləri qətiyyən sıradan münasibətlər deyil və ola da bilıməz.”

İSBAM sədri daha sonra bildirib ki, 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı günü münasibəti ilə də Kocaeli şəhərində anım toplantısı keçirilib. Kocaeli Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Evində keçirilən tədbirdə Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədrinin müşaviri Yaşar Çakmak, İzmit Bələdiyyəsinin sədr müavini Nurettin Bulut, İzmit Bələdiyyəsi İsman idarəsinin müdiri Mithat Ağa kimi önəmli ziyalılar və dövlət rəsmilərinin iştirak etdiklərini deyən Samir Adıgözəlli bu tədbirin baş tutmasına görə Kocaeli Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Evinin rəhbəri Bilal Dündara, yazıçı jurnalist Alptekin Cevhərliyə, Dr. Şifa Haciyava Çakıra ve iştirak edən QHT və media nümayəndələrinə öz təşəkkürünü bildirib.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …