Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı – VİDEO

Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış material isə rayon məhkəməsinə göndəriləcək.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …