Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyə PA ABŞ-ı qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etməyə çağırdı

ABŞ qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etməlidir. Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, uydurulmuş “erməni soyqırımı”nın tanınması Vaşinqton üçün tarixi səhv olacaq:

“ABŞ-ın 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi qiymətləndirməyə haqqı yoxdur, çünki bunu sübut edən heç bir tarixi fakt mövcud deyil”.

Prezident Administrasiyasından bildiriblər ki, “erməni soyqırımı”nı tanımaqla ABŞ erməni diasporunun girovu olduğunu bütün dünyaya nümayiş etdirəcək.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …