Azərbaycan-İran dövlət sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib.
Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev mayın 3-4-də işğaldan azad olunan ərazilərdə səfərdə olublar.
Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zəngilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəldilməsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşırıq və tövsiyələr verilib.