Bazar , 15 Noyabr 2026
Drone Cameras

Güclü külək Bakıda ağac və işıq dirəyini aşırdı – FOTO

Bakıda güclü külək nəticəsində ağac aşıb.

Boyukmillet.com-un məlumatına görə, hadisə Təhsil Nazirliyinin yaxınlığında baş verib. Külək nəticəsində qırılan ağac işıq dirəyini də aşırıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …