Paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq Bakıda 139 küçədə təhlükəsizlik tumbaları quraşdırılıb.
Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
Məlumatda bildirilir ki, tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır:
“Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. BNA-nın yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib. Qəza zamanı idarəetmədən çıxan avtomobil səkiyə doğru hərəkət etsə də tumbaya dəyərək dayanır. Nəticədə səkidəki uşaqlar zərbədən xilas olur”.