Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Yevlaxda turnir keçirilib

Azərbaycan Respublikasının uğurlu gələcəyinin əsasını qoyan, daima gənclərimizə xüsusi diqqət və qayğıyla yanaşan Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin bu il 98-ci ildönümüdür.

Bu münasibətlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin iki müxtəlif rayonda fəaliyyət göstərən Yevlax Gənclər Evi və Ucar Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq gənclər arasında “Dostluq Kuboku” adlı futbol yarışı həyata keçirilmişdir.

Bu tədbirdə məqsəd Ulu Öndər Heydər Əliyevin xatirəsinin daima sağlam gəncliyin qəlbində yaşadığını göstərmək və birlik nümayiş etdirmək olmuşdur.

Yarışda “Dostluq Kuboku”nu Ucar Gənclər Evi qazansada SXM-nin direktorları Elgün Əzizov və Elamin Dibirov çıxış edərək dostluğun və birliyin qazandığını bildirmişlər.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …