Cümə , 6 Mart 2026
Drone Cameras

Ağstafada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqə və idman yarışlarının qalibləri mükafatlandırılıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Ağstafa Rayon İcra hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonda yeniyetmə və gənclər arasında “İfaçılıq”, uşaq və yeniyetmələr arasında “Elmi-texniki yaradıcılıq” müsabiqələrinə, eləcə də “Nə? Harada? Nə zaman?” milli intellektual oyununa və məktəblilər arasında futzal üzrə rayon birinciliklərinə yekun vurulub. Bu münasibətlə qeyd olunan tədbirlərdə yüksək yerləri tutan iştirakçılar müvafiq diplom və hədiyyələrlə təltif olunublar. Mükafatlandırma mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştiak ediblər.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …