Bazar ertəsi , 6 May 2024
Drone Cameras

İlin ən çox qazananları – Siyahı

“Forbes” jurnalı 2017-ci ildə sərvətini ən çox artıran şəxslərin reytinqini tərtib edib.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, reytinqə “Amazon” şirkətinin rəhbəri Cef Bezos rəhbərlik edib. Onun aktivləri il ərzində 33,8 milyard dollar artaraq, 98,6 milyard dollara çatıb. İkinci yerdə isə “Everqrande” şirkətinin sahibi Syu Tszyain qərarlaşıb. Onun sərvəti gözlənilmədən 27,4 milyard dollar artaraq, 36,5 milyard dollara çatıb.

İlk üçlüyü “Luis Vuitton”un rəhbəri Bernar Arno tamamlayıb. Cari ildə onun sərvəti 23,6 milyard artıb və 40,3 milyard dollar olub.

Feysbukun rəhbəri Mark Zukerberq isə dördüncü yerdə qərarlaşıb. O, bu il sərvətini 23,6 milyard dollar artıraraq, 72 milyarda çatdırıb. Ondan sonrakı yerlərdə “Tencent” şirkətinin sahibi Ma Xuatena, hindistanlı mediamaqnat Mukeş Ambani, meksikalı biznesmen Karlos Slim qərarlaşıblar.

 
 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir