Çərşənbə axşamı , 14 Aprel 2026
Drone Cameras

Vladimir Putin MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

Rusiya prezidenti Vladimir Putin MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.

V. Putin görüşdə Suriyadan qaçan terrorçuların üzərində effektli nəzarət həyata keçirmək üçün MDB xüsusi xidmət orqanlarının əməkdaşlığının vacib olduğunu söyləyib: “Terrorla mübarizə xüsusi xidmət orqanlarınınəsas fəaliyyət istiqamətlərindən biridir. Terrorçuluğa gəldikdə isə, sizə heç nə demək lazım deyil. Siz özünüz hər şeyi bilirsiz. Bu istiqamətdə lazımi məlumatları biz məhz sizdən alırıq. Bizim üçün dünyada bu sahədə nələrin baş verdiyi olduqca önəmlidir. Hazırda vəziyyət çöx gərgindir”.

Putin görüşdə iştirak edən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə rusiyalı həmkarlarına təqdim etdikləri məlumatlara görə təşəkkürünü bildirib: “Beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə ancaq birgə əməkdaşlıq şəraitində mümkündür”.

Rusiya prezidenti təhlükəli cinayətkarların reyestrinin yaradılmasının dəfələrlə təklif olunduğunu xatırladıb: “Lakin təəssüflər olsun ki, tam və ətraflı cavab almamışıq. MDB ölkələri xüsusi xidmət orqanlarının bundan sonra da əməkdaşlığına ümid edirəm. Mütəşəkkil cinayətkarlığa və qeyri-qanuni miqrasiyaya qarşı birgə əməkdaşlıq dövləti daxildən möhkəmlətməyə imkan verir”.

 

 

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir