Şənbə , 27 İyul 2024
Drone Cameras

Saakaşvili Ukrayna prezidentini pivəyə bənzətdi: “Ən zərərli içkidir”

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poreşenkonu pivəyə bənzədib.

Boyukmillet.com Yenicag.az-a istainadən xəbər verir ki, o, spirtli içkilər arasında müqayisə apararaq, pivənin ən zərərli içki olduğunu bildirib:

“İnsan viski və ya araq içəndə orqanizm yüklənir, müdafiəyə keçir. Çünki orqanizm başa düşür ki, bu, zəhərdir. Bilirsinizmi ən zəhərli içki hansıdır? Pivə. Bu içki fərqlidir. İnsanı yavaş-yavaş “tutur”. İnsanlar da bunun xeyirli bir içki olduğunu düşünürlər. Çünki tərkibində 12 faiz spirt olan pivəni orqanizm qida kimi qəbul edir. Beləcə, pivə içməkdə davam edirsən. Biz hamımız bilirik ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç quldurdur. Həmin o quldur Yanukoviç araqdır, viskidir. Poroşenko isə pivədir”.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir