Cümə , 26 İyul 2024
Drone Cameras

Erməni tarixçi: Biz türk törəməsiyik – VİDEO

“Böyük Ermənistan” və “erməni soyqırımını” avropalılar uydurub

 

İnternetdə Xarkovda yaşayan erməni tarixçi, ictimai xadim və bloqger Fillip Ekozyansın  video müraciəti yayılıb və o, erməniləri Osmanlı imperiyasının bir hissəsi sayır.

Boyukmillet.com-un İstiPress-ə istinadən məlumatına görə, Fillip Ekozyans həm də “Youtube”da yerləşdirdiyi videoda “erməni soyqırımı”, “Böyük Ermənistan” iddialarının avropalılar tərəfindən ermənilərə sırındığını bildirir.

 Onun çıxışından bəzi hissələri oxuculara təqdim edirik: “Biz hamımız gözəl biliri ki, türklər və ermənilər 400 il ərzində bir ailənin, bir dövlətin – Osmanlı imperiyasının hissəsi olublar. Bu, yaradıcılıq, möhtəşəmlik və vəhdət tarixi idi. Erməniləri Osmanlı imperiyasında sadiq xalq adlandırırdılar və biz təbii ki, buna layiq idik. Hər şey 19-cu əsrin ortalarında bizim həyatımıza britaniyalılar və avropalılar müdaxilə edəndən sonra dəyişdi”.

Onun sözlərinə görə, avropalılar ermənilərə saxta tarix yazmağa başladılar: “Bu saxtalıqların arasında qədim erməni dövlətləri də vardı. Ermənilərin bir hissəsi, əsasən, masonlar, daşnaklar və müxalifətçi ziyalılar bu saxtalıqları real keçmiş kimi qəbul etdilər və qarşılarına Osmanlı imperiyasından ayrılmağı məqsəd qoydular ki, “Böyük Ermənistan” adlı bədii təxəyyül məhsulunu gerçəklikdə həyata keçirsinlər. Amma onların nail olduğu şey türklərdən ayrılmaq, doğma yurdlarından qovulmaq və bizim tam təcridimiz oldu”,- deyə Fillip Ekozyans bildirir.

 

 Qeyd edək ki, 19-cu əsrin ortalarından bu yana erməni alimlər bunun üçün çox “əziyyət çəkiblər”. Məsələn, 150 il qabaq erməni dilini rahatlıqla çüvaş dili səviyyəsində xristian türk ləhcələrinlən biri saymaq olardı. Çünki söz köklərinin əksəriyyəti qədim türk sözləri ilə izah edilirdi, aqlyunativ erməni qramatikası türk qramatikasına çox yaxın idi. Lakin ermənilər saxta sözönləri artıraraq dillərini Hind-Avropa dil ailəsinə yerləşdirdilər.

 Sonra tarixi saxtalaşdırlar. Məsələn, Herodot və digər alimlər erməniləri Frigiyadan gəlmiş yarımköçəri mosxların Urartunu ələ keçirdikdən sonra yaratdığı millət sayır. Y xromosom araşdırmaları həmin mosxların elə bozok türkləri olduğunu ortaya çıxarır. Çünki ermənilərdə də Anadolu türkləri və Türkmənistan türkmənləri kimi aparıcı ata geni R1b-dir və türkmənlər kimi 40 faizin ətrafında dəyişir. Lakin ermənilər bunu vurğulayan istənilən alimi düşmən elan edirlər.

Düşmən çıxarılanlardan biri də  məşhur erməni dilçisi Hraçya Açaryandır. Açaryan 4-cü əsrdə yunan əlifbası ilə yazılmış erməni mətnlərini oxuyandan sonra onların türkizmlə bol olmasına heyrətini gizlədə bilməmişdi. O, qədim erməni dilinin türk dili olmasını deməsə də türk sözlərinin üstünlük təşkil etdiyini vurğulamışdı. Buna görə də erməni millətçiləri bir neçə il qabaq Hraçya Açaryanın heykəlinin üzərinə qara boya ataraq onu erməni millətinə ləkə saymışdılar.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir