Bazar , 8 Fevral 2026
Drone Cameras

Prezident İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq”

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan bir sıra vacib təklif və təşəbbüslərlə çıxış edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, həmin təklif və təşəbbüslər 10 noyabr 2020-ci il birgə bəyanatında öz əksini tapıb:

“Bu layihələrin reallaşdırılması üzrə işlər artıq başlayıb. Azərbaycan bunun üçün texniki və maliyyə ehtiyatları ayırıb. Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq”.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …