Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

DGK sədri: Hazırda sahibkarlarla heç bir məhkəmə çəkişməsi yoxdur

“Hər kəsə məlumdur ki, Azərbaycanda sahibkarlara dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.

Boyukmillet.com“APA-Economics”a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

“Ölkəmizdə sahibkarlara verilən dövlət dəstəyi bir çox ölkələr üçün nümunədir.  Prezident İlham Əliyev tərəfindən sahibkarlıq subyektlərinə dövlət dəstəyinin verilməsi üçün müvafiq tapşırıqlar verilib, bu sahədə bir sıra normativ sənədlər imzalanıb, sahibkarlara müəyyən güzəştlər verilib. Dövlət Gömrük Komitəsi hər zaman sahibkarlara dəstək verib və bundan sonra da verəcək. Bu il ərzində Dövlət Gömrük Komitəsi yanında Apellyasiya Şurasında cəmi 1 müraciətə baxılıb ki, bu da bizim qurumla bağlı deyildi. Hazırda Dövlət Gömrük Komitəsi ilə sahibkar arasında bur dənə də olsun məhkəmə çəkişməsi yoxdur. Çətin il olsa da, biz bu ili uğurla başa vururuq”, – deyə A.Əliyev vurğulayıb.

 

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir