20 may 2021-ci il tarixdə “İctimai Şuraların fəaliyyətinə dair Bələdçi” adlı vəsaitin onlayn təqdimatı keçirilib.
Boyukmillet.com xəbər verir ki, təqdimatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Asministrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev ictimai iştirakçılığın və İctimai Şuraların yaradılmasının ölkəmizin inkişafı və tərəqqisi üçün vacibliyini qeyd etmişdir. Əlavə etmişdir ki, cəmiyyətin bütün sahələrində islahatların keçirildiyi, mühüm iqtisadi dəyişikliklər baş verdiyi bir dövrdə vətəndaşlarımızın üzləşdikləri problemləri müvafiq qurumlara bildirməkdə cəkinməməli, bu prosesdə QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …