Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Şimali Kipr Türk Cümhuriyyəti sərhədlərini açır – Baş nazir AÇIQLADI

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ersan Saner sərhədlərin açılmasına hazır olduqlarını bəyan edib.

Boyukmillet.com xəbər verir ki, Baş nazir bunu Nazirlər Kabinetinin iclasından sonra açıqlayıb. 

Baş nazir Nazirlər Kabinetinin Cənubi Kiprə keçid məsələsinin də müzakirə etdiyini və keçidin başlamasına imkan verən qərarlar verildiyini bildirib. 

Ersan Saner bununla bağlı dünən Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr aparıldığını qeyd edib. 

Baş nazir Saner dünya ölkələrinin xəstəliyin gedişatına görə qırmızı, narıncı, sarı və yaşıl olmaqla 4 fərqli kateqoriyaya bölündüyünə diqqət çəkib və bu kateqoriyalar çərçivəsindən 14 günlük yoluxma sayları diqqətə alınaraq, Cənubi Kiprdən Şimali Kipr Türk Cümhuriyyətinə keçidlərin mümkün olacağını açıqlayıb.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …