Hadisə metro stansiyasının piyada keçidində baş verib.
Rusiya paytaxtı Moskvada avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində metro stansiyasının keçidində gözləyən insanları vurub. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb. Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə Moskva metrosunun “Slavyanski bulvar” stansiyasının piyada keçidində baş verib. Polisin məlumatına görə, idarəetməni itirən sürücü avtobusu keçidin içinə sürüb.