Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azİz rəhbəri: “İsrail-Azərbaycan əlaqələri mehriban qonşuluq ruhunda inkişaf etdiriləcək”

“İsrail və Azərbaycan xalqları arasında hər zaman qardaşlıq münasibətləri olub”.

Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) rəhbəri Lev Spivak deyib.

Bakıda Səməd Vurğun küçəsində doğulub boya-başa çatdığını qeyd edən diaspor rəhbərinin sözlərinə görə, uşaqlıqdan ona yaxın qonşunun uzaq qohumdan yaxşı olduğunu deyiblər: “İsrail və Azərbaycan həmişə mehriban qonşular olub və ölkələr arasında münasibətlər bundan sonra da bu ruhda inkişaf etdiriləcək”.

L.Spivak Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı ilə bağlı təəssüratlarını da bölüşüb: “Şuşa hər zaman Azərbaycanın mədəniyyət paytaxtı olub. Azərbaycan mədəniyyətinin əsasını qoyan görkəmli şəxsiyyətlər Şuşada doğulub və bu şəhərdə fəaliyyət göstəriblər. Festivalın bərpası olduqca gözəldir. Musiqi bayramını izləyəndə Azərbaycan mədəniyyətnin bütün rənglərini bir daha gördüm. Çox ümid edirəm ki, festival hər il keçiriləcək və tədbirdə Azərbaycan əsilli İsrail vətəndaşları da iştirak edəcəklər. Bizim çox yaxşı opera ifaçılarımız və rəqs ansambllarımız, İsraildə 20 ilə yaxındır fəaliyyət göstərən Muğam məktəbinin yaxşı yetirmələri var”.

Azİz rəhbəri həmçinin bu yaxınlarda Niderlandda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq poçt markasının buraxıldığını xatırladıb: “Albert Aqarunov İsraildəki 100 min nəfərlik Azərbaycan icmasının fəxri və iki xalqın dostluq simvoludur. Amsterdamda çap olunan markanın həm İsrail, həm də Azərbaycanda təqdimatını keçirməyi nəzərdə tuturuq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …