Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Veteran futbolçumuzu maşın vurub öldürdü

“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib.

Bu barədə “Report”a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Jeep markalı avtomobil vurub.

Şıxlarov hadisə yerindəcə keçinib. O, ekspertiza üçün morqa aparılıb. O. Abdullayev veteranlar adından mərhumun ailəsinə baş sağlığı verib.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …