Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə səfiri: “Beynəlxalq ictimaiyyət 30 il davam edən işğala son qoyulmasını alqışlamalıdır”

“Biz Fransadakı ermənilərin Qarabağla bağlı dezinformasiyalarına qarşı mübarizəmizi gücləndirəcəyik”.

Bunu Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner “Report”un yerli bürosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransadakı ermənilər ölkə rəsmiləri üzərində güclü təsirə malikdirlər: “Biz Azərbaycanla bağlı xəbərləri yaxından izləyirik. Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə davamlı olaraq dəstək verib. Biz Azərbaycanın nəinki torpaqlarının işğalını davam etdirən, hətta bu münaqişəni daha da qızışdıran Ermənistanın işğalına son qoyulması üçün Azərbaycanın nümayiş etdirdiyi səylərini alqışlayırıq. Bütün beynəlxalq ictimaiyyət 30 il davam edən işğala son qoyulmasını alqışlamalıdır. Təəssüflər olsun ki, Fransa ermənilərin siyasətçilərə təsir göstərə bildikləri bir ölkədir. Belə təzyiqlər nəticəsində parlamentdə Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınmasına dair qətnamələr qəbul olunub. Hətta Fransa hökuməti belə bu qətnamələri rədd edir. Belə hallar ermənilərin siyasətçilər üzərindəki təsirini nümayiş etdirir”.

Səfir Türkiyənin hər zaman Azərbaycanı Fransada ermənilərin hücumlarından və böhtan xarakterli informasiyalarından qorumağa hazır olduğunu bildirib: “Qarabağla bağlı reallıqdan tamamilə uzaq, böhtan xarakterli məlumatlar yayılır. Hətta biz dövlət rəsmiləri tərəfindən yayılan “dövlət yalanları”na da rast gəlirik. Buna bariz nümunə Fransanın əksər mətbuat tərəfindən dərc edilən Türkiyənin Azərbaycana öz torpaqlarını işğaldan azad etmək üçün əcnəbi döyüşçüləri göndərməsinə dair böhtan xarakterli məlumatdır. Bütün Azərbaycan xalqının öz torpaqlarını azad etmək üçün hazır olduğu halda əcnəbi döyüşçülərə heç bir ehtiyac yoxdur. Bu, sadəcə ermənilərin yaydıqları yalan xarakterli xəbərlərdən biridir. Bu səbəb Fransa ictimaiyyəti və siyasətçiləri regionun inkişafı, Ermənistanın işğalına dair mütəmadi məlumatlandırılmalıdırlar. Biz bu yalanların üstünü açmaq və doğru məlumatları onlara çatdırmaq üçün səylərimizi daha da gücləndirəcəyik”.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …