Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir, gündəlikdə Qarabağ da var

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

Boyukmillet.com  xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclasın gündəliyinə daxil edilən məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin müzakirə edilməsidir.

Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla yanaşı Liviya və Suriyadakı fəaliyyəti də nəzərdən keçirilir.

İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən “Pençe” əməliyyatlarının gedişi, Kipr məsələsi, Egey və Aralıq dənizindəki vəziyyət, terrora qarşı mübarizə və digər strateji məsələlər müzakirə olunur.

İyunun 14-də Brüsseldə NATO-ya üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Təhlükəsizlik Şurasının müzakirə edilən digər məsələ Türkiyə hərbçilərinin alyansdakı vəzifələri ilə bağlıdır.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …