Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Pyer Qasli: “Bakıda podiuma çıxacağımı gözləmirdim”

“İnanılmazdır. Nə deyəcəyimi bilmirəm. Yarış möhtəşəm idi”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü yeri tutan “Alpha Tauri” komandasının pilotu Pyer Qasli deyib.

Fransalı sürücü Bakıda podiuma çıxacağını gözləmədiyini bildirib: “Amma sonunda bunu bacardıq. Həqiqətən inanılmazdır”.

Qasli bugünkü yarışın çox çətin keçdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisini “Red Bull”dan Serxio Peres qazanıb. “Aston Martin”in üzvü Sebastian Fettel ikinci olub.

Check Also

Məzahir Pənahovun gəlini elə faktlar açıqladı ki… – ŞOK TƏFƏRRÜAT

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını …