Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ermənistan zabiti Laçın və Kəlbəcərdə çoxlu sayda mina basdırdıqlarını etiraf edib

Ermənistan ordusunun zabiti, polkovnik Koryun Qumaşyan Laçın və Kəlbəcər rayonları ərazisində çoxlu sayda mina basdırdıqlarını etiraf edib.

Boyukmillet.com xəbər verir ki, onun məsələ ilə bağlı müsahibəsinin bir hissəsi tvitterdə yayılıb.

“Mən və birləşməm Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina basdırmışıq, siz həmin minalara görə həmin ərazidə heç bir şey edə bilməzsiniz. Əsirlərimizi bizə qaytarın, onda mən də mina xəritəsini təqdim edərəm”, – o bildirib.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …