İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun Səbail rayonu, Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.
Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib.
Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb.
Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.