Cümə , 3 May 2024
Drone Cameras

Gürcüstan: Azərbaycanla Ermənistan arasında sülhməramlı funksiyasını yerinə yetirdik

“Gürcüstan Azərbaycan və Ermənistan arasında özünün sülhməramlı funksiyasını və rolunu yerinə yetirib”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın cavab addımları böyük nailiyyət və ciddi işin nəticəsidir.

XİN başçısı bu gün baş tutmuş prosesin irəliləyiş olduğunu bildirib: “Bu proses bu gün və ya ötən günün işi deyil. Son iki-üç ayda biz əsas strateji tərəfdaşımızla fəal iş apardıq və nəticə əldə olundu. Şadam ki, bu gün belə nəticəmiz var və mən ilk növbədə, qonşularımız – strateji tərəfdaşımız Azərbaycana və tərəfdaşımız Ermənistana xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

D.Zalkaliani qeyd edib ki, bölgədə dayanıqlı sülh və sabitlik bərqərar olmalıdır: “Çünki yalnız bu halda regionun inkişaf perspektivi var. Hesab edirəm ki, bugünkü addım irəliyə atılmış ən mühüm addımlardan biridir və gələcəkdə nəticələrini biz mütləq görəcəyik. Biz buna hazırıq və bu prosesi əsas strateji tərəfdaşımızla mütləq inkişaf etdirəcəyik”.

Check Also

Ərdoğandan İsraillə bağlı SON DƏQİQƏ açıqlaması

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 9,5 milyard dollar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə …