Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Beş il ərzində Ermənistanın 15 mindən çox sakini vətəndaşlıqdan imtina edib

Son illər Ermənistan vətəndaşlığından imtina edənlərin sayı kəskin şəkildə artıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə news.am-a Ermənistan Polisinin Pasport və Viza Məsələləri üzrə Departamentindən bildiriblər.

Məlumata görə, 2017-ci ildə 3823 şəxs quruma vətəndaşlıqdan imtina edilməsi ilə bağlı müraciət göndərib.

Qurum 2012-ci ildə bununla bağlı 968 ərizə, 2013-ci ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, 2017-ci ildə isə – 3823 ərizə qəbul edib. Beləliklə, 2012-ci ildə ölkədə keçirilən seçkilərdən sonra – 2017-ci ilədək, yəni hakimiyyətdə Respublika Partiyasının olduğu dövrdə, 15000-dən çox şəxs Ermənistan vətəndaşlığından imtina edib.

Hakim Respublika Partiyasının nümayəndəsi, deputat Alik Sarqsyanın qənaətincə, vətəndaşlıqdan imtina edən şəxslərin əksəriyyəti bunu hərbi qulluqdan boyun qaçırmaq üçün edib.

 

Boyukmillet.com

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir