Cümə axşamı , 2 May 2024
Drone Cameras

Polşada doqquz nazir işdən çıxarıldı

Polşa prezidenti Andjey Duda baş nazirin xahişi ilə doqquz yeni nazir təyin edib.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bundan öncə 2017-ci ilin dekabrında Polşa hökumətinə yeni baş nazir Mateuş Moravetski təyin edilmişdi.

Yeni ildə hökumətdə baş verən dəyişikliklər nəticəsində Yatsek Çaputoviç yeni xarici işlər naziri təyin edilib.

Prezident Tereza Çervinskayanı yeni maliyyə naziri təyin edib.

İnvestisiya və inkişaf naziri vəzifəsi Yeji Kveçinskiyə həvalə olunub.

Müdafiə naziri vəzifəsində isə əvvəllər daxili işlər naziri olan Mariuş Blaşakdır. Onun postunu İoaxim Brudzinski tutub.

Lukaş Şumovski səhiyyə naziri, Henrik Kovalçik ətraf mühit naziri, Andjey Adamçik infrastruktur naziri təyin olunub.

Həmçinin sahibkarlıq və texnologiya məsələləri üzrə yeni qurum yaradılıb ki, bura Yadviqa Emileviç rəhbərlik edəcək.

 

Boyukmillet.com

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir