Bazar , 8 Fevral 2026
Drone Cameras

Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yaydı

Boyukmillet.com xəbər verir ki, məlumatda bildirilir ki, 01 iyul 2021-ci il tarixdən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti  fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacaq. Şəxsiyyət vəsiqələrinin verilməsi ilkin mərhələdə 31 iyul 2021-ci il tarixinədək davam etdiriləcək.

Əlaqə tel: (012) 590-64-43,

                          590-64-31.     

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …