Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Emin Həsənli: Hərbçilərimizin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması təqdirəlayiqdir

“Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam dövlətimizin hərbçilərə göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsidir. Bu Sərəncam Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Sərəncama görə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində 5 il müddətində onların vəzifə maaşlarına əlavə edilir”. Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, atılan bu addımlar bir daha dövlətin hərbçilərimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı iş apardığını ortaya qoyur. E.Həsənli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin mərkəzində vətəndaşların mənafeyi və rifahı dayanır: “Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın işğaldan azad edilməsində xidmətlər göstərmiş hərbçilərimizi mütəmadi olaraq mükafatlandırır. Yeri gəlmişkən, iyunun 24-də on minlərlə hərbçimiz orden və medallarla təltif olundu. Bununla yanaşı, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələri, qazilərimiz də dövlətin diqqət mərkəzindədir. Onların təqaüdləri, müavinətləri artırılır, mənzil-məişət məsələləri həll olunur. Bütövlükdə, hərbçilərimizin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması təqdirəlayiqdir və cəmiyyətimizdə yüksək qiymətləndirilir”.

PƏRVİZ

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …