Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Samuxda 49 yaşlı kişi bıçaqlanıb

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Boyukmillet/com xəbər verir ki, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. E.Qənbərovun vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …