Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

Bakıda qohumları azyaşlını döyərək dilənməyə məcbur ediblər

Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlı aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O, qeyd edib ki, xalası və digər qohumları Şərifov Ümid Tural oğlunu dilənməyə, avtomobillərin təkərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar: “O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Azyaşlı bu gün Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən sığınacağımıza yerləşdirilib”.

Kəmalə Ağazadə əlavə edib ki, Ü.Şərifov 5 il əvvəl də uşaq sığınacağında olub. Anası bir neçə ay sonra tapılıb və sığınacağa gələrək uşağı aparıb.

Check Also

Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun …