Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

“Türk tankları kəndə girdikdə terrorçular qaçmağa başladı” – Ələ keçirilən PYD üzvünün etirafı

“Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin dağətəyi ərazisində 7 terrorçu əsir götürülmüşdü.

Boyukmillet.com Avropa.info-ya istinadla xəbər verir ki, məhkəmə qarşısına çıxarılaraq barələrində həbs-qətimkan tədbiri seçilən 3 terrorçunun ifadələri mətbuata açıqlanıb. Həbs olunan terrorçular PYD-nin onları ölümlə təhdid etdiyini, terror təşkilatına zorla cəlb etdiklərini deyiblər. Terror təşkilatı “Ailənizi və uşaqlarınızı öldürərik” deyərək təhdid etdiyi adamlara 45 günlük silah təlimi verirmiş.

Təlimdən sonra sərhədyanı bölgəyə göndərilən terrorçular Adamanlı kəndində 30-a yaxın PYD silahlısının olduğunu etiraf ediblər. Onların dediklərinə görə, əməliyyat başlayan gündən PYD qorxu içindədir:

“Türk əsgərlərinin əməliyyatı ilə təşkilat daxilində panika başladı. İlk olaraq tankların sərhədə yaxınlaşdığını gördük. Tankların kəndə girməsi ilə terror təşkilatı üzvlərinin qaçışı başladı. Biz qaça bilmədik və həbs olunduq”

Regiondan qaçanlar arasında bir komandirin də olduğunu deyən terrorçular ABŞ-ın PYD-yə silah və təchizat vasitələri verdiyini də deyiblər.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir