AZƏRBAYCANIN DAHİ YAZARI NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEY TƏDBİRİ UKRAYNANIN NİKALAYEV ŞƏHƏRİNDƏ DƏ, QEYD OLUNUB.
Diaspor.info saytının Ukrayna bürosu məlumat verir ki, Nikalayev şəhərində 27 iyun tarixindən Nizami Gəncəvinin təbliğatı gedir. Bu işlə “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzi “ məşğuldur. Təşkilatın sədri Əlmaniz Ələkbərli bu barədə saytımıza məlumat vermişdir: Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamıyla 2021-ci il “Nizami Gəncəvi” ili elan olunub. Bu məqsədlə nəinki Azərbaycanda dünyanın bir çox ölkələrində Nizami Gəncəvinin Yubiley tədbirləri keçirilir. Belə tədbirlərdən biri də, Ukraynanın Nikalayev şəhərində tərəfimizdən keçirilmişdir. Nizami Gəncəvinin Yubiley tədbirlərinin keçirilməsi Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi ilə keçirilir.
Biz əvvəlcə Nikalayevdə yaşayan məktəbli soydaşlarımız arasında kiçik bir müsabiqə elan etdik. Dahi Azərbaycan şairi haqqında keçirdiyimiz müsabiqənin qaliblərinə həvəsləndirici mükafatlar da, verdik. Daha sonra Nikalayevdə yaşayan Nizami sevər soydaşlarımızla birgə dəyirmi masa arxasında müzakirələr apararaq, tədbirə dəvət etdiyimiz ukraynalılar arasında Nizami dühasını təbliğ etdik. Onun yazdığı əsərlər haqqında geniş məlumat verdik.
Məlumat üçün bildirmək istəyirəm ki, hələ illər öncə Moldovanın paytaxtı Kişinyov şəhərində Nizami Gəncəvinin büstü qoyulmuşdur. Ukraynada da, Nizami Gəncəvinin heykəlinin Xarkov şəhərində qoyulması nəzərda tutulur. Qısa zamanda məktəbli soydaşlarımız Dahi yazarımız haqqında xeyli bilgiyə nail oldular. Bu da, Ukrayna dilində təhsil alan və heç vaxt Azərbaycan ədəbiyyatı dərsi keçməyən şagirdlər üçün çox lazımlı bir bilgi oldu.
Məqsədimiz Azərbaycan xalqının görkəmli ədiblərinin kənarda yaşayan soydaşlarımızla bağlı, həm də, digər millətlər arasında təbliğ etməkdir. Nizami Gəncəvi Dünyəvi şairdir. Onun daha da, yaxşı tanınması üçün təbliğatımızı yerli informasiya agentliklərində davam etdiririk. Bundan əlavə sosial şəbəkələrdə də, keçirilən tədbirlərin təbliğatı gedir.