Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.
Boyukmillet.com xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasından bir nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 336 417 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 433 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1006 nəfərdir.
Ölkədə son sutka ərzində 8 679, hazırkı dövrədək isə 3 787 089 test aparılıb.