Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, pauerliftinqçi Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək nüfuzlu yarışa lisenziya qazanıb.
Qeyd edək ki, bu, Azərbaycan paralimpiyaçılarının Tokio olimpiadasına ümumilikdə 32-ci lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.