Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycanlı alim ideya müəllifi olduğu layihə ilə insult xəstələrinin müalicəsində ilkə imza atıb

Kəskin işemik beyin insultu xəstələrinin damardaxili operativ müalicəsində istifadəsi nəzərdə tutulan yeni layihənin ilkin praktik sınaqları uğurla keçib.

Boyukmillet.com xəbər verir ki, layihənin ideya müəllifi Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevdir. Layihənin inkişafı üçün səy göstərən digər həmmüəllif həmyerlimizlə birgə çalışan tibb elmləri doktoru, almaniyalı alim Michael Schönfelddir.

İşemik insultlar zamanı beyindən trombun çıxarılmasında istifadə olunacaq bu yenilik dünyada ilkdir və bu, müalicə konseptində ciddi uğur hesab edilir.

Beyin əməliyyatlarında tətbiq olunacaq alətin hazırda Avropada patentləşməsi prosesi yekunlaşmaq üzrədir.

Alman şirkətlərindən biri məhsulun istehsalını həyata keçirmək üçün N.Abdullayev və M.Schönfeldlə razılığa gəlib. Bu da layihənin tətbiqində önəmli detallardan sayılır.

Artıq alətin Avropada bütün insult mərkəzlərində istifadəsi üçün “CE” sertifikatlaşması prosesinə də başlanılır.

Check Also

Azərbaycandan 77 nəfər dünyanın top universitetlərinə qəbul olub

Bu ilki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. …