Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında müqavilə təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikas Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi barədə sənəd müzakirəyə çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, sənəddə tərəflər məxfi informasiyanın mühafizəsi üzrə öhdəliklər götürüblər.

Sənəddə məxfi informasiyanın istifadəsi və işlənilməsi şərtləri və s. məqamlar öz əksini tapıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq təsdiqlənib.

Check Also

Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib

Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, …