Türkiyədə görüşlər keçirən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti bu gün Türkiyənin Vitse-prezidenti Fuat Oktayla birgə Ankaradan ölkəsinə dönəcək.
Boyukmillet.com xəbər verir ki, Türkiyənin Vitse-prezidenti Fuat Oktay iki günlük işgüzar səfəri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində bəzi görüşlər keçirəcək və araşdırmalar aparacaq.
Fuat Oktay sabah Lefkoşa Şimal Dairəvi yolunda görülən işlərlə tanış olacaq və yeni Prezident Adminstrasiyasını ziyarət edəcək. Daha sonra Baş nazir Ersan Saner ilə görüşəcək.
Bundan sonra Fuat Oktay Bafra kəndini ziyarət edəcək. Fuat Oktay Yeni Erenköyda vətəndaşlarla görüşəcək, Bilal ağa məscidindəki bərpa işləri ilə tanış olacaq.
Türkiyənin Vitse-prezidentinin Prezident Ersin Tatarla da görüşü nəzərdə tutulub.