Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Afrində Türkiyəyə məxsus hərbi helokopter vuruldu: 2 pilot şəhid olub

Türkiyə Silahlı Qüvvələrinə məxsus Afrində vurulan helikopterin hər iki pilotu şəhid olub.

“Report”un xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, helikopterin vurulması ilə bağlı əllərində dəlil yoxdur.

****

Bir qədər əvvəl Afrində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib.

“Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Bizm bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, – deyə o, vurğulayıb.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir